İtaliya klubunda baş məşqçi istefası - mövsümün dördüncüsü İdman

İtaliya klubunda baş məşqçi istefası - mövsümün dördüncüsü

İtaliyanın “Venesiya” klubu baş məşqçisi Covanni Stroppe ilə yollarını ayırıb.

A Seriyası təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Stroppa “Atalanta”ya 1:3 hesablı məğlubiyyətdən sonra vəzifəsindən ayrılıb. A Seriyasında 6 turdan sonra komandanın hesabında xal yoxdur. “Venesiya” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Klub uğursuz nəticələrə baxmayaraq, mütəxəssisə gördüyü işlərə görə təşəkkür edib və ötən mövsüm komandanı A Seriyasına yüksəltməsini xüsusi qeyd edib.

Qeyd edək ki, 2026/2027 mövsümündə A Seriyasında baş məşqçi dəyişikliyi edən klubların sayı dördə çatıb. Sentyabrda “Fiorentina”, “Bolonya” və “Parma” da çalışdırıcıları ilə yollarını ayırıb.