FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi keçirildi
AK: ABŞ-nin Kiyevə kəşfiyyatı dayandırılması barədə məlumatımız yoxdur
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO - YENİLƏNİB - FOTO
Qalibaf: "İqtisadi müharibə hərbi qarşıdurmadan daha vacibdir"
14:23
455.webp)
Formula-1 rəhbərliyi Ruandada Qran-pri yarışının keçirilməsi ilə bağlı 10 illik müqavilə imzalayıb.
Afrika Qran-prisinin 2030-cu illərin əvvəlində çempionatın təqviminə daxil edilməsi planlaşdırılır. Bunun üçün ölkənin paytaxtı Kiqalidən təxminən 40 kilometr cənubda, Buqesere bölgəsində yeni daimi tras tikiləcək.
Formula-1 yarışları Afrikada sonuncu dəfə 1993-cü ildə keçirilib. Həmin vaxt Cənubi Afrikadakı Kyalami trası çempionatın mərhələsinə ev sahibliyi edib.
Formula-1-in prezidenti Stefano Domenikali bu qərarı tarixi hadisə adlandırıb:
“Bu gün Formula-1 üçün tarixi məqamdır. Növbəti onillikdə Ruandanın çempionatın təqviminə daxil olması ilə seriyamız bütün məskunlaşmış qitələrdə yarışlar keçirəcək. Bu, dünya çempionatını dünyanın hər yerindəki azarkeşlərə əvvəlkindən daha da yaxınlaşdıracaq”.