Mədət Quliyev milli təhlükəsizlik nazirinin I müavini təyin olundu Hadisə

Mədət Quliyev milli təhlükəsizlik nazirinin I müavini təyin olundu

Pezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilsin".