“Günəşli” yatağındakı qəzaya görə kompensasiyaların ödənilməsi üçün siyahı dəqiqləşdirilir” Hadisə

“Günəşli”  yatağındakı qəzaya görə kompensasiyaların ödənilməsi üçün siyahı dəqiqləşdirilir”

Dekabrın 4-də "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğında xəsarət alanlar və itkin düşənlərin ailələrinə sığorta ödənişinin verilməsi üçün siyahı dəqiqləşdirilir.
Bu barədə "PAŞA Həyat Sığorta" şirkətinin sözçüsü Elnur Hüseynquliyev məlumat verib.
E. Hüseynquliyevin sözlərinə görə, hazırda SOCAR-ın müvafiq idarələri ilə birlikdə məlumatlar toplanılır: "Siyahı dəqiqləşdirilir, ödənişlərin verilməsi ilə bağlı hesablamalar aparılır. Hadisədən zərər çəkənlərin hamısına sığorta ödənişi veriləcək".
Qeyd edək ki, SOCAR-ın əməkdaşlarının "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortasını "PAŞA Həyat Sığorta" şirkəti həyata keçirib.
Xatırladaq ki, dekabrın 4-də "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verib. Nəticədə 1 nəfər həlak olub, 29 nəfər itkin düşüb, 32 nəfər isə xilas edilib.