Pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən tiktoker və tanışı saxlanılıb Hadisə

Pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən tiktoker və tanışı saxlanılıb

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

APA nın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Əhdiman Osmanov “TikTok” platformasında “Ehdiparfum” ləqəbi ilə tanınır.