İlham Əliyev “AITF-2014“ sərgisi ilə tanış olub Hadisə

İlham Əliyev “AITF-2014“ sərgisi ilə tanış olub

Dünən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva "AITF-2014" XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və "HOREX Caucasus 2014" VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri işə tanış olublar.
APA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısına bu il sərgidə 38 ölkədən 351 şirkət və təşkilatın təmsil olunduğu barədə məlumat verib. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir.
Dövlət başçısı və xanımı sərginin pavilyonları ilə yaxından tanış olublar.