Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ Cəmiyyət

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

İyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.