Tramp: İran ətrafındakı vəziyyətə dair görüş iyulun 12-də baş tutub Dünya

Tramp: İran ətrafındakı vəziyyətə dair görüş iyulun 12-də baş tutub

İran ətrafındakı vəziyyətə dair görüş iyulun 12-də baş tutub və müəyyən razılaşmalar əldə olunub, lakin sonradan Tehran Vaşinqtondan düzəlişlər tələb edib ki, Amerika tərəfi də bunları etmək istəmir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Dünən son anda görüşümüz baş tutdu. Onlarla hər şey son anda baş verir. Və dünən hər şey razılaşdırılmışdı. Sonra onlar otağı tərk etdilər, yenidən zəng vurub dedilər ki, bir-iki dəyişiklik etmək lazımdır", — deyə o, "Fox News" teleşirkətinin canlı efirində İran ətrafındakı vəziyyəti şərh edərkən iddia edib. "Mən dedim: "Dəyişikliklər? Biz heç bir dəyişiklik etməyəcəyik"", — deyə Amerika lideri bildirib. O, ətraflı təfərrüat açıqlamayıb.

Məryəm Quliyeva