Çempionlar Liqasının qalibi Fransa millisinin üzvünü transfer edə bilər İdman

Çempionlar Liqasının qalibi Fransa millisinin üzvünü transfer edə bilər

Fransa çempionu PSJ heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

“Daily Mail” nəşri xəbər verir ki, Paris təmsilçisi “Aston Villa”nın və Fransa millisinin sol cinah müdafiəçisi Lyuka Dinlə maraqlanır.

Məlumata əsasən, PSJ 32 yaşlı futbolçunu Nunu Mendeşə alternativ kimi heyətinə qatmaq istəyir. “Aston Villa” təcrübəli müdafiəçi ilə yollarını ayırmaq niyyətində olmasa da, onun müqaviləsində müəyyən edilmiş sərbəstqalma məbləği var. Bu səbəbdən Paris klubu əvvəlcə oyunçu ilə birbaşa danışıqlar aparıb, daha sonra həmin məbləği ödəməklə transferi rəsmiləşdirə bilər.

Qeyd edək ki, Lyuka Din 2026-cı il dünya çempionatında Fransa millisinin heyətində 4 oyunda meydana çıxıb.

Müdafiəçi 2025/2026 mövsümündə “Aston Villa”nın heyətində bütün turnirlərdə keçirdiyi 44 matçda 7 məhsuldar ötürmə ilə yadda qalıb.