17:18
1 099.jpg_2026_02_26_16_16_40.jpg_2026_02_28_12_15_27.jpg)
Tehran heç bir halda Vaşinqtonun Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə icazə verməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" mərkəzi qərargahının nümayəndəsi İbrahim Zülfüqarinin bəyanatında deyilir.
"ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etmək istiqamətindəki təkrarlanan avantürist və təxribatçı hərəkətləri regionun təhlükəsizliyini, beynəlxalq ticarəti, həmçinin neft tankerlərinin və kommersiya gəmilərinin hərəkətini ciddi təhlükə altında qoyub. Biz heç bir şəraitdə ABŞ-nin Hörmüz boğazının idarə olunmasına müdaxilə etməsinə imkan verməyəcəyik", — deyə Zülfüqari vurğulayıb.
Məryəm Quliyeva