Ermənilər iki əsgərimizi yaralayıblar Hadisə

Ermənilər iki əsgərimizi yaralayıblar

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb.
Azərbaycan Ordusunun əsgərləri Elmirad Qurbanəlizadə və Asim Quliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgərlər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.