Səlim Müslümov Ağdamda sakinləri qəbul edəcək Hadisə

Səlim Müslümov Ağdamda sakinləri qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağdamda sakinləri qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, qurum rəhbəri Ağdam sakinləri ilə yanaşı Ağcabədi, Laçın və Bərdə rayonlarının sakinləri ilə görüşəcək.
Qəbul aprelin 25-də saat 10:00-da baş tutacaq.
Vətəndaşlar [email protected] elektron poçt ünvanı, habelə (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (026) 325- 03- 57 (Ağdam rayon ƏSMM), (021) 275-53- 24 (Ağcabədi rayon ƏSMM), (020) 205-19-98 (Bərdə rayon ƏSMM), (021) 277-84-01 (Laçın rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Ağcabədi, Bərdə və Laçın rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-nin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Ağdam rayonuna aparılıb gətirilmələri təmin ediləcək.