İTV-nin efir qiyməti Hadisə

İTV-nin efir qiyməti

Saniyəsi 50 manatadək

İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün Direktorlar Şurası tarif cədvəlini təsdiqləyib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının saytı xəbər verir.

İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib.
İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyyası üç - "Yeni Azərbaycan", "Bələdiyyə" və Vətəndaş Cəmiyyəti" təşviqat qruplarını qeydə alıb.
Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq.