Rauf Mirqədirov niyə həbs olunub? Hadisə

Rauf Mirqədirov niyə həbs olunub?

"Zerkalo" qəzetinin keçmiş əməkdaşı Rauf Mirqədirovun həbsində sifariş, qərəzçilik axtaranların fikirlərini məntiqsiz adlandırıram". Bu sözləri jurnalistin həbs edilməsi ilə bağlı BayMedia-ya danışan "VEKTOR" Beynəlxalq Strateji Araşdırmalar və Humanitar Layihələndirmə Mərkəzinin Təşkilat Komitəsinin sədri, analitik Əli İsgəndərov söyləyib.
"Mirqədirov güclü siyasi apponent, ya hansısa ideoloji cərəyanın aparıcı fiquru, yaxud nəhəng biznes şəbəkəsinə sahib deyildi ki, kimlərəsə mane olsun və onu zərərsizləşdirsinlər? (Bu cür cavabı səslənən mülahizələrə məcburi arqument kimi işlədirəm) Yaxud onun həbsi hansı qərəzli xarakter daşıya bilər?
Bəziləri diqqəti bilərəkdən və ya bilməyərəkdən yanlış səmtə yönləndirərək, onun həbsini Ermənistana olan səfərləri ilə bağlayırlar. Əvvəla şübhə motivləri sırasında səfər etmədə suçlama yoxdu. Onun bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhələrin olması səsləndirilib. Mirqədirova qədər müxtəlif beynəlxalq tədbirlər çərçivəsində neçə-neçə jurnalist, QHT təmsilçilərimiz İrəvanda olub. Ortaya sual çıxır: keçmişdə və hazırda onların hansı birinə qarşı ittiham irəli sürülüb? -deyən analitik iki məqamın yaddan çıxarmamağın vacib olduğunu xatırladıb: "İttiham maddəsi çox ciddidir və subyektlər sırasında konkret ölkə adı hallanır. Bu da məsələyə beynəlxalq hüquq təşkilatlarının reaksiya verməsi, onların məhkəmə prosesi haqqında bilgiləndirilməsi kimi mümkün şərtlərin ortaya çıxmasına zəmin yaradır. Şübhsiz ki, heç bir dövlət əsassız yerə xoşagəlməz hallarla üzləşmək istəməz. İkinci məqam ondan ibarətdir ki, Türkiyə MİT-dən də məsələ ilə bağlı Azərbaycan xüsusi xidmət orqanlarına məlumat daxil olub və ilk olaraq Ankara Rauf Mirqədirovun deportasiya edilməsinə qərar verib.
Onu da danmaq olmaz ki, Rauf Mirqədirov istedadlı yazardır. Dövlət onun istedadını qiymətləndirirək fəxri ada da layiq görüb. Lakin, şəxsinə verilən qiymətin azlığı qənaətinə gələrək, daha çox pay istəyirdi və bunu almadığından da küsərək ölkəni tərk etmişdi".

Elnur Eltürk