İlham Əliyev yenidən MOK prezidenti seçilib Hadisə

İlham Əliyev yenidən MOK prezidenti seçilib

Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib.
Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib. Bu barədə qapalı keçirilən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər: "İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bugünkü nailiyyətimizə təkan verən insandır".