Erməniləşən Leyla Yunus Hadisə

Erməniləşən Leyla Yunus

Arzu Şirinova

Ermənistanla işbirliyində suçlandırılan və həbsə atılan Rauf Mirqədirovdan sonra növbə hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa gəldi. Məlum oldu ki, adı hallanan şəxslərə şahid qismində dindirilmək üçün Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsindən çağırış gəlib. Ancaq Arif Yunus xəstə olduğundan çağırılan idarəyə getməyiblər. Hətta xəstəxanadan çıxandan sonra da ifadə verməkdən boyun qaçırıb və bankların birindən küllü miqdarda pul vəsaitini çıxarmağa cəhd eləyiblər. Ər-arvadın bu hərəkətlərinin və hava limanına gedərək Dohaya qaçmalarının qarşısı alınıb.
Ən maraqlısı isə odur ki, hüquq müdafiəçisinin və onun ekspert həyat yoldaşının Azərbaycandan qaçmasına şərait yaradanlar Fransanın Azərbaycandakı səfirliyinin katibi, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili və "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev olublar. Hətta Fransa səfirliyindən Leyla Yunusun 5 illik olmaqla viza məsələsinin də həll olunduğu etiraf edilib. Adama deyən gərək sənin bir suçun yoxdursa nədən gizlincə və səfirliklərin müşayəti, yardımı ilə ölkəni tərk eləyirsən?
...Dostlardan biri sosial şəbəkədə yazır ki, hakimiyyətdə olanların bəzilərinin ermənilərlə bu və digər formada bağlılığı var. Hədən onlar da Leyla Yunus kimi dindirilmir və cəzalandırılmırlar? Haqlı sualdır. Ancaq bir məsələ var ki, onlar əgər dövlətin və xalqın əleyhinə iş görürlərsə də belə bunu altdan-altdan edirlər. Və bu gizli işlərin də sonu Azərbaycandakı nurçu çətəsinin işləri kimi ifşa olunur, onlara yerləri göstərilir. Çox keçməz ki, ermənilərlə iş birliyində olanlar və dövlətin kürəyindən xəncər saplamağa hazır olanlar da layiqli cəzalarını alarlar...
...Leyla Yunus isə ermənilərə işlədiyini hər əməlində hiss etdirirdi. Onun hər il beynəlxalq təşkilatlara "vicdan" və "siyasi" məhbuslarla bağlı göndərdiyi uzun-uzadı siyahılarımı, Azərbaycana gələn beynəlxalq təşkilatların nümayəndələrinin məqsədli şəkildə azlıqda olan xalqların yaşadığı bölgələrə aparıb dövlətin əleyhinə iş qurmasınımı, Əlikram Hümbətov kimi separatçının "siyasi məhbus" adıyla həbsdən qurtulması üçün yazdığı danoslarımı, Dağlıq Qarabağ probleminin həlli üçün ermənilərlə aparılan dialoqun Azərbaycana deyil, Ermənistana xeyir verdiyini bilə-bilə müxtəlif layihələrdə yer almasınımı, Azərbaycanın maraqlarını hər addımbaşı qranta satmağınımı deyək?
Bu illər ərzində Leyla Yunusun Azərbaycanın maraqlarını qoruyan işlərə imza atdığının şahidi olmamışıq. Bəlkə bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün pozulan insan halqlarını müdafiə edib xəbərimiz yoxdur? Bəlkə ermənilərin Xocalıda törətdikləri soyqırımla bağlı faktları dünya ictimaiyyətinə, qeyri-hökumət təşkilatlarına çatdırıb xəbərimiz yoxdur?
...Leyla Yunusun kim olduğunu, yəni ermənilərə xidmətini və Azərbaycanın maraqlarını satmaq üçün hər il sayı-hesabı bilinməyən qrant aldığı beynəlxalq təşkilatlara qul kimi işlədiyini bilirdik. Ancaq onun qadına yaraşmayan hərəkətlərini görməmişdik. Onu da gördük. Polisin başından papağını götürüb yerə atması və heç bir əxlaqa sığmayan danışıqları onun ermənilərə qulluq edə-edə erməniləşdiyinin bariz nümunəsidir...