Cocuq Mərcanlıda 2 tank əleyhinə mina tapılıb Hadisə

Cocuq Mərcanlıda 2 tank əleyhinə mina tapılıb

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 4 evə baxış keçirilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, baxış zamanı 531 ədəd qəlpə, 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, nəticə etibarilə 32 207 kv.m ərazi (7 033 kv.m əl ilə, 11 400 kv.m mexaniki üsulla və 13 774 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
27 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 113 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)), 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 28 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 26 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib, 805 424 kv.m ərazi (381 002 kv.m əl ilə, 195 600 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.