KİVDF-dən jurnalistlər üçün yeni müsabiqə Hadisə

KİVDF-dən jurnalistlər üçün yeni müsabiqə

Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev Şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış edib.
Gündəlikdə dayanan məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli, 2014-cü il Novruz bayramı münasibəti ilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi üçün 10 istiqamət, hər istiqamət üzrə 3 mövzunun müəyyənləşdirilməsini təklif edib. Təqdim olunan mövzular müzakirə olunduqdan sonra Müşahidə Şurasının üzvləri 10 istiqamət üzrə 30 mövzunu müəyyənləşdiriblər. Müşahidə şurasının üzvləri qaliblər üçün 1000 AZN, həvəsləndirici yerlər üçün isə 300 AZN məbləğində mükafatların verilməsi barədə qərar qəbul ediblər.

Müsabiqənin mövzu və istiqamətləri

1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqaməti üzrə:

- Azad informasiya mühitində mətbuatın inkişaf tendensiyaları;
- Media azadlığı insan hüquqlarının qorunmasında başlıca amildir;
- Cəmiyyətin demokratik tərəqqisində KİV-in yeri və rolu.

2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi istiqaməti üzrə:
- İkili standartlar - Qarabağ probleminin həllində əsas maneə;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri;
- Azərbaycan diplomatiyasının fəaliyyətində Dağlıq Qarabağ münaqişəsi.
3. Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi istiqaməti üzrə:
- Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində regionların inkişaf proqramları;
- Regionlarda qeyri-neft sektorunun əsas inkişaf istiqamətləri;
- Sosial infrastrukturun yaradılması regionlarda geniş vüsət alır.

4. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği istiqaməti üzrə:

- Baharın müjdəçisi Novruz;
- Novruz Bayramı -ortaq mənəvi dəyəri kimi;
- Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir.
5. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə:
- Azərbaycan gəncliyinin inkişafında dövlət siyasəti;
- Uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişaf istiqamətləri;
- Qloballaşan dünyada milli ruhda tərbiyə xüsusi əhəmiyyətə malikdir.
6. İctimai və dövlət maraqlarının qorunması istiqaməti üzrə
- Dövlət maraqlarının müdafiəsi milli və ictimai vəzifə kimi;
- İctimai maraqlar milli-mənəvi dəyərlər sistemində;
- Azərbaycançılıq ideologiyası və mənəvi dünyamız.
7. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi istiqaməti üzrə:
- Azərbaycanın dövlət maraqları beynəlxalq qurumlarla əməkdaşlıq müstəvisində;
- Cənubi Qafqazın tərəqqisinə böyük töhfələr verən ölkə - Azərbaycan;
- Beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycanın rolu.
8. Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqaməti üzrə:
- Novruz Bayramı dünya azərbaycanlılarını bir araya gətirən dəyərli ənənədir;
- Azərbaycanda diaspora və lobbiçilik quruculuğu;
- Xaricdə hər bir azərbaycanlı - Azərbaycan daşıyıcısıdır.
9. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqaməti üzrə:
- İnformasiya və kommunikasiya ilinin gətirdiyi böyük uğurlar;
- Müasir texnologiyalar iqtisadi tərəqqiyə təkan verir;
- İnkişaf etmiş İKT ölkə iqtisadiyyatının lakomatividir.
10. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə:
- Azərbaycanın mədəni genefondunun inkişafında çoxmillətlilik amili;
- Din və dövlət münasibətləri milli maraqlar kontekstində;
- Azərbaycan sivilizasiyalararası dialoq məkanıdır.

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
XC