“Ortaq türk tarixinin tədrisi vacib məsələlərdən biridir” Hadisə

“Ortaq türk tarixinin tədrisi vacib məsələlərdən biridir”

"Ortaq türk tarixinin yazılması və tədrisi vacib olan məsələlərdən biridir". Bunu Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının ideoloji məsələlər üzrə müavini, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış tarixçi-pedaqoq Dilavər Əzimli bildirib: "Bu bizim üçün yenilik deyil. Çünki Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu bu istiqamətdə neçə illərdən bəridir ki, fəaliyyət göstərir. Bu istiqamətdə tarixin ayrı-ayrı sahələriniə dair hər il neçə elmi simpoziumlar keçirilir. Bunu Türkiyənin Atatürk Araştırmalar Mərkəzi ilə birlikdə edir. İnstitutun direktoru akademik Yaqub Mahmudlunun bu sahədə əməyi xüsusilə qiymətləndirilməlidir. Keçirilən simpoziumlara bütün Türk dünyasının, o cümlədən Avropa və Rsusiyanın da alimləri qatılır. Neçə ildir ki, erməni vandallarının törətdiyi qətliamlarla əlaqədar birgə elmi konfranslar keçirilir. Bu konfranslarda erməni vandallarının Özbəkistanda, Qırğıcıstanda, o cümlədən bütün Mərkəzi Asiyada törətdikləri vəhşiliklərə, qətialmalara da toxunulur və birgə bəyanatlar qəbul edilir. Sevindiricidir ki, bu gün Bakıxanov adına Tarix İnstitutu və Atatarük Araştırmalar Mərkəzinin ortaya qoyduğu xətt digər ortaq qurumlar tərəfindən də gündəmə gətirilir. Bəli, Türk tarixini Türk dövlətlərinin tarixçiləri birgə yazmalıdırlar. Bu tarix əsasında da bütün Türk dövlətlərinidə ortaq Tarix dərslikləri keçirilməlidir. Bu, həm də Türk dünyasının inteqrasiyası üçün vacib məsələlərdən biridir. Şagirdlər, tələbələr Turan dünyasının tarixini, coğrafiyasını dərindən bilməli və həm də bunu öz milli tarixçilərinin əsərləri əsasında yazılan kitablardan oxumalıdırlar. Biz, bütün şagird və tələbələrdə Turan tarixi və coğrafi şüurunu yaratmalıyıq. Bu gün Avropa vahid məkanda fəaliyyət göstərir. Nəyə görə biz belə bir məkanı Turan dünyasında qurmayaq? Artıq bunun zamanı çoxdan çatmışdır. Buna gedən yol isə Ortaq tarixdən keçir!"