KİV: Türkiyənin gömrük sistemində Ermənistanın rəsmi kodu tətbiq edilib
Hərbi Prokurorluq: Qeyri-hərbi cinayətlərin sayı 4,9 faiz azalıb
CENTCOM: İranın hücumları zamanı ABŞ hərbçiləri arasında itki olmayıb
FHN yanında İctimai şuranın üzvləri Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində olublar
Azərbaycanda “Birliyin Gücü – 2026” hərbi təlimi keçiriləcək
7 İyul 22:33
1 953
“İlk hissədən oyunda üstünlük bizdə idi. Hesab edirəm, layiqli qələbə qazandıq”.
Bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Bakıda UELS təmsilçisi “The New Saints”i (TNS) 2:0 hesabı ilə məğlub etdikləri ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis qələbəni belə şərh edib:
“Öz komandamı və azarkeşlərimizi təbrik edirəm. Çox çətin qələbə qazandıq. Təlim-məşq toplanışı zamanı da bunun belə olacağını bilirdik. Bu tip komandalara qarşı oynayanda səbirli olmalı və yaranan fürsətlərdən maksimum yararlanmalısan. Hələ heç nə bitməyib. Bizi qarşıda UELS-də çox çətin oyun gözləyir. Süni örtüklü meydançada çıxış edəcəyik. Təəssüf ki, əsas oyunçularımızdan biri Stiv Solveti qırmızı vərəqə aldığı üçün itirdik. Hazırda 2:0 hesabı ilə öndəyik. Çalışacağıq ki, bu üstünlüyü əldən verməyək və səfərdən yaxşı nəticə ilə qayıdaq”.