Mustafa Vəkilov tezliklə azad olunacağına ümid bəsləyirmiş… Hadisə

Mustafa Vəkilov tezliklə azad olunacağına ümid bəsləyirmiş…

Mustafa Məhəmmədağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə I oğlanlar gimnaziyasında orta təhsilini başa vurub. Həmin ili Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. Azərbaycan istiqlalını elan edəndən sonra Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsindən çalışıb. 1919-cu ildə Bakıya gəlib və Azərbaycan Xalq Cumhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib, Fransadakı Paris Universitetinin hüquq fakültəsinə daxil olub. AXC-nin rus imperiyası tərəfindən süqutauğraması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalıb. Ancaq Mustafa Vəkilov öz imkanları hesabına təhsilini davam etdirib. Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri N.Nərimanovun təşəbbüsünə əsasən, xaricdə təhsil alanların təqaüdü bərpa olunub. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya - Kremlə gəlib, orada MİK sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. O, bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. Mustafa Vəkilov Bakıda Konyuktor Bürosuna "ştatbüro"da əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttiş-təlimatçı, eyni zamanda xüsusilə mühüm işlərüzrə xalq məhkəməsi hakimi vəzifəsində çalışıb. Eyni zamanda Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunub. 1928-ci ildə o, öz xahişi ilə Ədliyyə Komissarlığından işdən azad olunub. Sonra əsasən 1927-ci ildən dərs dediyi ADU hüquq fakültəsində pedaqoji və elmi fəaliyyətlə məşğul olub. Az.DETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına qəbul olunub. 1930/31-ci tədris ilinin sonlarında aspiranturanı bitirib (aspiranturanın ilk buraxılışını) dosent dərəcəsi alır. Ardınca iki iri elmi əsər yazır: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq".
1935-ci ildə isə gənc alim ASSR Konstitusiyası türk mətninin redaktoru olub. Mustafa Vəkilov eyni zamandə tərcümə və redaktə işləri ilə məşğul olub, habelə rus, fransız, alman dillərini mükəmməl bilib. 1935-ci ildə o, dövlət və hüquq elmləri namizədi alimlik dərəcəsi alaraq, təsərrüfat-hüquq kafedrasının professoru olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında xüsusi müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə cəzasını islah-əmək düşərgəsində çəkməklə" 5 il müddətinə azadlıqdan məhrum edilib. Mustafa Vəkilov 1943-cü il aprelin 30-da vəfat edib.
Azərbaycanın ilk hüquq professoru olmuş Mustafa Vəkilovun "Həbsxanadan məktublar"ında maraqlı, düşünməli məqamlar çoxdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricəgöndərilən tələbələrin sırasında Parisin Sorbon Universitetində təhsil almış soydaşımızı keşməkeşli həyat tarixçəsinin həbsxana dövrü ilə bağlı həbsdən yazdığı məktublar diqqət çəkir.
Araşdırmaçı Elbrus Məmmədov onun həbs düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktubları barədə danışarkən bildirir ki, bu, sadəcə, həbsdə olan bir insanın şəxsi duyğuları deyil: "Bu, Azərbaycanın ilk hüquq professoru M.Vəkilovun həm şəxsi duyğularını, həm ictimai mövqeyini və bütövlükdə portret cizgilərini əks etdirir. Təbii ki, bu məktubları professional psixoloqların dərindən təhliletməsi M.Vəkilovun portret cizgilərinin bütün çalarlarını dolğun şəkildə canlandırmağa imkan verərdi. Ancaq məktublardan boylanan bir şəxsiyyəti xarakterizə edən qabarıq xüsusiyyətlər adi oxucunu beləcəlb edir. Onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı bir insan olmaqla yanaşı daim elmi düşüncə ilə yaşayan bir alim kimi özünü təsdiq edir. Eyni zamanda M.Vəkilovun düşüncəsindəki təbəddülatlar da özünü aydın şəkildə göstərməkdədir".
Mustafa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad olunacağına ümidlər bəsləyirmiş. İlk məktublarından birində yazırdı: "Bugünlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü iləbağlı verilən Azərbaycan musiqisindən ibarət konserti eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik... Teatrdan evəhəmin sərin, xoş gecədə piyada qayıtdıq... O vaxtdan bəri nə qədər sular axıb. Ancaq adama elə gəlir ki, bu, dünən olub. Birlikdə keçirdiyimiz həmin gecəni bütün xırdalıqları ilə açıq-aydın xatırlayıram. Vəçox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar az olub. Görüşənədək. Darıxma. Yanında Çingiz və Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər verilmişkitabım var. Sənin Mustafan. 28/V.40-cı il".
Həbsinin 3-cü ilində həyat yoldaşına göndərdiyi məktubda isə yazır: "Sənin məktubunu aldığım gün həyatımın son ilində ən fərəhli gün idi. Təkcə anama məktub yazdığım, sənə isə heç nə yazmadığımagörə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən sənə lüzumsuz zərər yetirməkdən çəkindim. Hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən.
Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv, həyata can atan, işdə və hər şeydə od-alov bir adam kimi tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19/IV.42-ci il".
Araşdırmaçı deyir: "Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı istezasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də azad olub vətənə dönə bilmir. Son məktubu ürək ağırısı olmadanoxumaq mümkün deyil: "Əzizim Müqəddənisə! Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azadedilmək üçün çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa. 15/11-43-cü il. Komi MSSR. Vojayel qəsəbəsi, Dəmiryol rayonu, poçt yeşiyi 243/18".Lakin təssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat etmişdi".

Əzizim Müqəddənisə!
Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə gəlsin ki, uşaqlarımın və mənim üçün doğma və unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm, mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan qanım axır, sənin olan Mustafa Vəkilov. 15.05.39-cu il.
***
Əziz anam!
Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə gəlin. Alça lavaşı və sarımsaq, eləcə də Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad plitkası kimişeyləri bir də heç vaxt göndərməyin. Bütün doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın uşaqlar məni az xatırlasınlar və kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır və ayrıca borclubəxtsiz və əziz dostumun əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa. 27 iyun, 1939-cu il. Bakının 1 saylı Keşlə həbsxanası.
***
Əziz anam!
Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə buraya gəlmələriçətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün bunun nə dərəcədəməqsədyönlü olması baxımından həll etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə kifayətlənin. Bahalı şeylər və naharlar göndərməyin. Səni, atamı, Müqəddənisanı və uşaqları bərk-bərk öpürəm. Yaxşı oxuduğuna görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca bacısını incitmir. Mustafa.
23.07.39-cu il.
***
Əziz anam!
Mən artıq yazmışam ki, bağlamanı aldım, buna görə hamınıza olduqca minnətdaram. 8 aprel tarixli məktubunuzda sadalanan şeylərlə müqayisədə 200 qram tənbəki çatışmırdı, lakin bunun əvəzindəqənd və alça lavaşı vardı. Hələlik bizim təkrar istintaqa qaytarılmağımız barədə heç nə deyilmir. İşə təkrar baxılmaq üçün bizi geri göndərmələri barədə Bakıdan yola salınmalı olan tələbnamənin nə səbəbələngidiyini başa düşmürəm... Yusuf ağciyər vərəminə tutulub, aktiv prosesdir. Xəstəxanada yatır. Yaxşı baxırlar. Son günlər özünü bir qədər yaxşı hiss edir. Mustafa. 18.05.40-cı il.
Bizi görünür, bu tezliklə təkrar istintaqa qaytarmayacaqlar. Daha bir ərzaq bağlaması və tənbəki göndərin. Bağlamanın içinə göndərdiyiniz şeylərin siyahısını qoyun. Kirov vilayəti, Volositsı, poçt yeşiyi 231/1.
***
Əzizim Müqəddənisə!
Bağışla, əzizim. Mənim vicdanım təmizdir və başıma gələnlər üçün, sizə dərd-kədər gətirdiyim üçün az da olsa təqsirim yoxdur. İndi mənim işimin gedişindən görünür ki, tezliklə hər şey birdəfəlik aydınlaşacaq və mən böhtan ləkələrindən təmizlənmiş halda sizlərin yanına qayıdacağam. Atamı və anamı, əmimi və bibilərimi bərk-bərk öpürəm. Bütün doğmalarıma və yaxınlarıma can sağlığı və səadət arzulayıram.
Sənin Mustafan. 28/V.40-cı il.

Elçin Qaliboğlu