Gömrükdə əməliyyat Hadisə

Gömrükdə əməliyyat

Gömrükçülər külli miqdarda xəz geyiminin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
DGK-dən verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə xəz geyimlərinin Türkiyə Respublikasından qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasına, oradan isə hava nəqliyyatı vasitəsilə Bakı şəhərinə gətirilməsi haqqında əməliyyat məlumatı daxil olub.
Bu məlumat əsasında, Naxçıvan-Bakı aviareysilə gələn yükü qarşılayan Azərbaycan Respublikasının vətəndaşı Cehrun Əliyev gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Vətəndaş həmin aviareyslə gələn baqajı qəbul edərkən saxlanılıb. Üç ədəd qutu və iki ədəd çantadan ibarət olan baqaj yoxlanılarkən cəmi 64 ədəd müxtəlif etiketli xəz kürklər aşkarlanıb.