“Aslan Ismayılov. Yalan anatomiyası” adlı kitabın təqdimatı keçirilib Hadisə

“Aslan Ismayılov. Yalan anatomiyası” adlı kitabın təqdimatı keçirilib

Elçin Qəmbərov: "Aslan İsmayılov dövlət ittihamçısı kimi erməniləri müdafiə edib"

Sumqayıt hadisələri ilə bağlı məhəkəmə prosesinə Moskvanın tapşırığı ilə qatılıb

Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qəmbərov "Aslan Ismayılov. Yalan anatomiyası" adlı kitabını təqdim edib. Təqdimat zamanı çıxış edən Elçin Qəmbərov kitab haqqında maraqlı məqamlara toxunub: "Aslan Ismayılov ötən ildən başlayaraq mənə qarşı söyüş, təhqir dolu fəaliyyətə başladı. Bir müddət səbr etsəm də, sonda ona cavab verməyin vacib olduğu qənaətinə gəldim. Onu da nəzərinizə çatdırım ki, Aslan İsmayılov təkcə məni yox, bir çox insanı təhqir edib. Onun bütün çıxışlarını bir bir təhlil edib, yalan danışdığını, böhtançı olduğunu sübut etmişəm. O nəinki hüquqşünas kimi hərəkət edir, ümumiyyətlə insanlığa yaraşmayan addımlar atır. Bunun məntiqinə görə, hamı pisdir, təkcə bu yaxşıdır".
Vəkil Aslan İsmayılovun çoxüzlü və şantajçı bir şəxs olduğunu önə çəkib: "Kitaba Aslan İsmayılovun 1993-cu ildə Heydər Əliyevin diqqətini çəkməkdən ötrü Milli Məclisdə etdiyi çıxışından başlamışam. Halbuki Heydər Əliyev onun çıxışına heç bir əhəmiyyət verməyib. Çünki o vəzifəyə getmək üçün vaxtilə ona dəstək verən adamları satırdı... Onun çıxışlarını təhlil edib, yalan danışdığını və böhtançı olduğunu göstərmişəm".
Elçin Qəmbərov diqqətə çatdırıb ki, kitabda daha çox Aslan İsmayılovun Sumqayıt hadisələri ilə bağlı əslində azərbaycanlılara qarşı fəaliyyətinə toxununlub və bu mövzuya geniş yer verilib: "Aslan İsmayılov Sumqayıt hadislərindən danışanda özünü elə təqdim edir ki, guya Azərbaycan xalqına qarşı olan qara ləkəni təmizləyib. Amma əslində bu belə deyil, tam əksinədir. Mən bu məsələ ilə bağlı araşdırma aparmışam və onun yalanını üzə çıxarmışam. Aslan İsmayılov bu prosesdə özü özünü təkzib edir. Məsələn deyir ki, məhkəmə zalında camaat qışqıraraq ona erməni "şpion"u deyir, ermənilərin vəkili adlandırırır. Biz də məhkəmə ptroseslərinə qatılırıq və camaatın reaksiyasının nə demək olduğunu bilirik. Əgər sən ermənipərəst olmasaydın camaat sənə niyə ermənilərin vəkili, ermənipərəst desin ki?
Hər bir vəkilin şah əsəsri, onun məhkəmədəki son çıxışıdır. Aslan İsmayılov kitabında yazır ki, "KQB mənim son çıxışımın bir hissəsini oğurlayıb. Hansı ki, mən Moskvanı ifşa eləmişəm. Azərbaycanlıların Ermənistandan qovulması barədə danışmışam, xalqı müdafiə eləmişəm. Bu hissəni oğurlayıblar, ikinci hissə isə qalıb". Bu ağılsız bir ifadədir. Nəyə görə? Çünki bu hüquqi sənəd deyil ki, oğurlandısa bunun bərpası mümkün olmasın. Çıxış itə bilər, hansısa dəyişiklik ola bilər, əgər itibsə birini də yaz. Onun son çıxışı Sumqayıt prosesi ilə bağlı onun əsl simasını göstərir ki, o necə ermənipərəst olub və Azərbaycan xalqına qarşı olan bu cinayəti necə ört basdır edib.
Maraqlıdır, sənə niyə erməni "şpion"u desinlər ki? Deməli ermənilərin xeyrinə fəaliyyət göstərmisən. Mən faktlara söykənmişəm. Aslan İsmayılov azərbaycanlılara qarşı çıxış edib, dövlət ittihamçısı kimi erməniləri müdafiə edib. O azərbaycanlılara hansı cəzanı istəyib və məhkəmə hansı cəzanı verib? Elə buradan görünür ki, o azərbaycanlııları necə "müdafiə" edib.
O, özünü qəhrəman kimi göstərib, Moskvaya, KQB-yə qarşı çıxışlar etdiyini deyir. Mən faktlarla bunu təkzib etmişəm. Onun heç bir fəaliyyəti olmayıb. A.İsmayılov azərbaycanlıların tərəfində olsaydı, özünü ermənipərəst kimi aparmazdı".
E.Qəmbərov əlavə edib ki, Aslan İsmayılov Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesinə təsafdüfən gəlməyib: "Mən təhlillər aparıb bu qənaətə gəlmişəm. O Sumqayıt hadisələrindən 3 ay əvvəl prokurorluq sisteminə gəlib. Birdən birə belə bir ağır yükü, mühüm bir məhkəmə prosesini Aslan İsmayılova niyə tapşırırlar? Onun məhkəməyə göndərilmə səbəbi tələbəlik vaxtından SSRI KQB-si ilə bağlılığının olmasıdır. Elə Sumqayıt hadisələri ilə bağlı məhəkəmə prosesinə də Moskvanın tapşırığı ilə qatılıb. O öz kitabında özünü gülünc vəziyyətə qoyub. Deyir ki, müttəhim Qriqoryanla bacarmır, gedib baş prokurorluğa şikayət edir ki, Qriqoryan mənim suallarıma cavab vermir. Prokuror də bu formada şikayətçi ola bilər? Əgər sən peşəkar, məharətli prokurorsansa Qriqoryanı divara sıxmalıydın. Nə gözləyirdin? Müttəhim sənə kömək edəcəkdi?".
Vəkil həmçinin diqqətə çatdırıb ki, Aslan İsmayılov harada işləyibsə oradan qovulub: "O heç bir zaman öz istəyi ilə işdən çıxarılmayıb, yaxud istefaya göndərilməyib, həmişə işdən qovulub. O mərhum Əbülfəz Elçibəyin vaxtında Prezident Admisintrasiyasında hüquq şöbəsinfdə məsləhətçi kimi çalışıb 1 ildən sonra 10 dəqiqə ərzində işdən qovulub. Bunu öz kitabında yazır".
Elçin Qəmbərov sonda bildrib ki, bu kitabı yazmaqda məqsəd Aslan Ismayılovun iç üzünü cəmiyyətə göstərməkdir: "O iqtidarlı müxalifətli siyasətçiləri, ictimai sektorda olan şəxsləri, millət vəkillərini, sadə vətəndaşları təhqir edib. Onun neçə illər ərzində kimləri təhqir etməsinin siyahısını tutdum, amma bu siyahını başa çatdıra bilmədim. Kitabda Aslan İsmayılovun fəaliyyəti ilə bağlı daha müfəssəl məlumatlar var. Bu kitabda onun 1993-cü ildən Milli Məclisdə çıxışı, mərhum Heydər Əliyevə müraciətindən bu günə qədər olan fəaliyyətini işıqlandırmışam".