Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib Hadisə
- 15 May 2019 16:59
- 1 148
15 May
Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib. Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qəhrəmanın yubileyi münasibətilə ərsəyə gətirdiyi Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının Azərbaycan dilinə tərcümə olunan variantının təqdimatında xarici ölkələrin səfirlikləri, yazıçılar, tələbələr, müəllim və professor heyəti iştirak edib.
Tarix elmləri namizədi Oleq Kupçikin moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hələ Sloveniyada diplomatik korpusda çalışdığı zaman kitabın rus dilinə tərcümə etdirərək çapına nail olub. Mehdi Hüseynzadə Azərbaycanın şanlı tarixidir. Onun bütün dünyada tanıdılması üçün bu kitab ən gözəl vəsaitlərdən biri hesab edilir.
Səfir bildirib ki, igid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edən bu kitab gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətlidir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, tanınmış yazıçı-dramaturq Afaq Məsud çıxışında bildirib ki, Mehdi Hüseynzadə döyüşərkən bəlkə də əbədi tarixdə qalacağını ağlına gətirməyib. Kitabın milli sərvət kimi bütün dillərə, o cümlədən Ukrayna dilinə tərcümə olunmasının vacibliyini vurğulayan A.Məsud qeyd edib ki, əsərdə Azərbaycanın milli-mental dəyərləri mövcuddur. Bu kitab təkcə Mehdi Hüseynzadə qəhrəmanlığı deyil, həmçinin Azərbaycanın tanıdılması baxımından əvəzsizdir. A.Məsud kitabın ərsəyə gəlməsində səfir A.Xudiyevə təşəkkürünü bildirib.
Kitabın Azərbaycan dilinə tərcüməçisi Fərhad Abdullayev isə hərbi mövzularda tərcümə işinin məsuliyyətindən danışıb. Bu kitabı tərcümə etmək, təkcə Mehdi Hüseynzadənin qarşısında deyil, bütün müharibədə həlak olan qəhrəmanlarımız qarşısında məsuliyyətdir. Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev çıxışında ölkəmizin tarixən milli qəhrəmanları ilə tanındığını söyləyib. Bu cür əsərlərin isə gənc nəslin qəhrəman kimi böyüməsində böyük töhfələr verdiyini vurğulayıb. Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, gənc şair Şəhriyar Del Gerani çıxışlarında Mehdi Hüseynzadənin qəhrəmanlığından, hərbi mövzularda yeni əsərlərə ehtiyac olduğundan danışıblar.
- 8 May 23:28
- 553
- 8 May 19:50
- 1 029
- 8 May 19:49
- 784
-
“Qərbin bölgədəki pozucu əməllərinin iflasının şahidi olacağıq”
-
Gürcüstan məhz Azərbaycandan ruhlanır
-
“Bu tədbirin Azərbaycanda keçirilməsi bizim üçün bir fürsətdir”
-
Paşinyan-kilsə “müharibəsi” qızışır
-
Geosiyasi nəzəriyyələr və mükəmməl insan fenomeni
-
Nağdsız ödəniş elə, ƏDV-ni geri al
-
Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir
-
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
-
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
-
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
-
Əli Əsədov: Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir
-
Güney Azərbaycan Tələbə Günüdür
-
Bakıda müxtəlif ünvanlara narkotik yerləşdirərək İran vətəndaşına məlumat verməli olan kuryerlər saxlanılıb
-
Rusiyanın dondurulmuş aktivlərindən gələn gəlirin Ukraynanın bərpası üçün istifadəsinə dair siyasi razılıq əldə olunub
-
Prezident İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu göndərib
-
Ermənistan KTMT-ni maliyyələşdirməyəcək
-
Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar
-
Zelenski Orbanı Sülh Sammitinə dəvət edib
-
Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb
-
Azərbaycanda yaradılan investisiya mühiti Slovakiya şirkətlərinin ölkəmizdə fəaliyyətini stimullaşdırır - ŞƏRH
-
Mətbuat Şurasının sədri Elşad Paşasoyu təltif etdi - FOTO
-
QHT "Müharibə veteranı və şəhid ailələrinə dəstək” layihəsinin icrasına başlayıb
-
Azərbaycan Bolqarıstanla strateji tərəfdaşlığı gücləndirir
-
Zaqatalada baş verən zəhərlənmə hadisəsinin səbəbi məlum olub
-
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
-
“Qərbin Gürcüstanda vəziyyəti gərginləşdirmək üçün atdığı addımlar ciddi problemlər yarada bilər”
-
Ali qonağın şərəfinə
-
Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
-
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracaq
-
Azərbaycan və İsrail XİN-ləri arasında məsləhətləşmələr keçirilib
-
Əfqanıstanda partlayış nəticəsində 3 polis ölüb, 5-i yaralanıb
-
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub
-
Zelenski Danimarka Baş naziri ilə F-16-ların Ukraynaya çatdırılmasını müzakirə edib
-
Mayın 12-də 25 minə yaxın şagird imtahan verəcək
-
“AstraZeneca” COVID-19 vaksinlərini geri çağıracaq
-
BNM “Zəfər şahidləri” layihəsinin icrasına başlayıb
-
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
-
Radev: Azərbaycanın işlənmiş neft məhsullarından müxtəlif məhsullar hazırlamaqla bağlı təşəbbüsümüz var
-
Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb
-
Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır
-
Bolqarıstan Prezidenti Azərbaycanla münasibətlərin daha yüksək səviyyəyə qalxacağına əmindir
-
Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır
-
Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək
-
Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər
-
Paşinyan Moskvadadır
-
Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb YENİLƏNİB
-
Cənubi Koreya Prezidentinin qayınanası azadlığa buraxılacaq
-
Mesopotamiya Ekspresi: Türkiyənin Ən Yeni və Populyar Turist Qatar Marşrutu
-
Xətai rayonunun məktəbliləri arasında “Əbədiyaşar Lider“ mövzusunda inşa yazı müsabiqəsi keçirilib
-
Əli Əsədov Türkiyənin Vitse-prezidenti ilə görüşüb
-
Anar Məmmədli ev dustaqlığına buraxılmayıb
-
Kreml: Putinlə Paşinyanın görüşü hər iki tərəfə lazımdır
-
9 mayda bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
-
ABŞ İsrail ordusuna aviabombaların göndərilməsini dayandırıb
-
Bakı, Sumqayıt, Abşeron üzrə may ayının pensiyaları ödənilib
-
Qlobal neft hasilatının artım tempi gələn il cüzi sürətlənəcək - PROQNOZ
-
Rasim Balayev qonorarların nizamlanması ilə bağlı Baş nazirə məktub ünvanlayıb
-
Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb
-
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür
-
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb