Jurnalistlər üçün daha bir müsabiqə Hadisə

Jurnalistlər üçün daha bir müsabiqə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin mövzusu

"AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti"

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
4. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
5. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

I yer - 1 000 manat
II yer - 800 manat
III yer - 600 manat

Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.

Qaliblər, həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xüsusi diplomu ilə təltif olunacaqlar.
Müsabiqə haqqında www.kivdf.gov.az saytından ətraflı məlumat əldə etmək olar.

ATƏT separatçılarla danışıqlar aparıb

ATƏT-in Ukrayna böhranı ilə bağlı təsis etdiyi əlaqələndirici qrupun Donbas separatçıları ilə videokonfransı keçirilib.
Ukraynanın sabiq prezidenti Leonid Kuçma, Rusiya səfiri Mixail Zurabov və ATƏT-in xüsusi nümayəndəsi Haydi Talyavininin daxil olduğu qrupun separatçılarla danışıqları zamanı Ukraynada baş vermiş təyyarə qəzasının araşdırılması üçün münasib şərtlərin yaradılması məsələsi müzakirə olunub.
ATƏT-in rəsmi saytında qeyd olunub ki, əlaqələndirici qrup bölgədə təhqiqat işləri aparan beynəlxalq ekspertlərin təhlükəsizliyindən narahatdır.
Eyni zamanda cəsədlərin və təyyarə qalıqlarının axtarışlarının uğurla davam etdirilməsi istiqamətində müzakirələr aparılıb. Məlumatda qeyd olunur ki, əlaqələndirici qrup bu danışıqlara davam etmək niyyətindədir və bu yolla bölgədəki vəziyyətin yaxşılaşmasına ümid edir.