

Zığ dairəsi–Hava Limanı yoluna birləşdirən yanaşma yolları tikilir - FOTO
Honq-Konqda yük təyyarəsi uçuş-enmə zolağından çıxıb, iki nəfər ölüb
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - FOTO
Avropa Komissiyası Rusiyadan Aİ-yə uran idxalını qadağan etməyi planlaşdırır
Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.
Nazirlikdən verilən məlumata görə, cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib.
Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq aktivlər verilməsinə başlanıb.
Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.