Çin ABŞ-nin jurnalistlər üçün tətbiq etdiyi yeni viza məhdudiyyətlərinə qarşı çıxıb
Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:19
504
Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsiməqsədilə Nazirlər Kabinetinin qərarı ilə əhalinin siyahıyaalınmasına yardım üzrə Mərkəzi Komissiya yaradılacaq.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.
Baş nazir bildirib ki, Komissiyanın sədri qismində tərəfimdən Baş nazirin müavini Samir Şərifov müəyyən edilib: “Aidiyyəti qurumlar Komissiyanın tərkibinin formalaşdırılması üçün rəhbər müavini səviyyəsində namizədlərini 10 gün müddətində təqdim etməlidirlər”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.