Çin ABŞ-nin jurnalistlər üçün tətbiq etdiyi yeni viza məhdudiyyətlərinə qarşı çıxıb
Azərbaycan Prezidenti İrlandiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul edib
Prezident Kambocanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:17
574
Azərbaycanda müstəqilliyin bərpasından sonra əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilib.
Bunu Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin Azərbaycan Respublikasında əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasında deyib.
Baş nazir bildirib ki, müstəqillik dövründə aparılan siyahıyaalınmalar zamanı ölkə ərazisinin 20 faizinin işğal altında olması və həmin bölgələrin sakinlərinin doğma yurdlarından məcburi köçkün düşməsi səbəbindən bu mühüm dövlət tədbirinin işğal olunmuş ərazilərdə keçirilməsi mümkün olmayıb: “Bu baxımdan növbəti əhalinin siyahıyaalınması xüsusi tarixi əhəmiyyət daşıyır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tarixində ilk dəfə olaraq siyahıyaalınma Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev 2029-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.