ANAMA sədri: Süni intellektin minatəmizləmədə tətbiqi ilə bağlı araşdırma aparırıq Cəmiyyət

ANAMA sədri: Süni intellektin minatəmizləmədə tətbiqi ilə bağlı araşdırma aparırıq

"Yeni avadanlıqlar, yeni cihazların, süni intellektin minatəmizləmə sahəsində tətbiqi ilə bağlı araşdırmalar aparırıq”.

Bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 28-ci ildönümü ilə əlaqədar keçirilən brifinqdə Agentliyin İdarə Heyəti sədri Vüqar Süleymanov deyib.

ANAMA sədri bildirib ki, istənilən yeniliyi qəbul etməyə hazırdırlar:

“Minatəmizləmə fəaliyyəti bir neçə mərhələdən ibarətdir. Bütün innovasiyalar tədqiqat mərhələsinə aiddir. Təmizləmə mərhələsində bütün dünyada olduğu kimi bizdə də ənənəvi üsullardan iatifadə olunur. Əsas üsul əllə minatəmizləmə, maşınlardan və heyvanlardan (əsasən itlərdən) istifadə edərək təmizləmədir. Hələ ki, təəssüflər olsun ki, dünyanın heç bir yerində təmizləmə sahəsində texnoloji baxımdan sıçrayış yoxdur”.