Ermənistan və İran XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Dumanla əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq
Həyacan siqnalı verən Rusiya təyyarəsi bir saat sonra yerə enə bilib
Almaniya lideri çoxmillətli qüvvələrin Ukraynaya yerləşdirilməsi üçün şərtləri açıqlayıb
12 Dekabr 2019 17:22
2 016
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Səhiyyə Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupu ölkə ərazisini yüksək patogen "quş qripi"ndən qorumaq məqsədilə xəstəliyə qarşı dekabrın 16-dan 20-dək növbəti epizootoloji monitorinqlər keçirəcək.
AQTA-dan verilən məlumata görə, monitorinqlər çöl quşları arasında Abşeron yarımadasını, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı milli park və təbiət qoruqlarını, su-bataqlıq ərazilərini, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərini əhatə edəcək.
Eyni zamanda həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı həyətyanı təsərrüfatlarda seroloji monitorinqlərin keçirilməsi nəzərdə tutulub.