Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir Hadisə

Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər rayon mərkəzi kitabxanasında mədəniyyət işçilərinin, ziyalıların iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramı münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Çıxışlarda vurğulanıb ki, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın təşkilatlanması prosesini daim diqqətdə saxlaması bu dahi şəxsiyyətin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirib. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” - müdrik rəhbərin bu kəlamı hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Natiqlər, həmçinin dünya azərbaycanlılarının təşkilatlanmasında bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən də danışıblar.
Sonda uzun illər mədəniyyət sahəsində çalışaraq təqaüdə çıxan Mübariz Bağırov və Qəndifə Zərbalıyevaya mədəniyyət işçiləri həmkarlar ittifaqının fəxri fərman və pul mükafatı verilib.