Spirtli içkiləri sərhəddən gizli keçirən şəxs ələ keçdi Hadisə

Spirtli içkiləri sərhəddən gizli keçirən şəxs ələ keçdi

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Qaz 3102" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı nəticəsində nəqliyyat vasitəsinin arxa oturacağının arxasında xüsusi hazırlanan yerdə gömrük nəzarətindən gizlədilən 13 ədəd "Alhua HDCVİ Eyeball", 2 ədəd "ST-2203", 1 ədəd "Alhua HDCVİ Bullet" adlı təhlükəsizlik kameraları, 3 ədəd "Audio Monitor Kit Microphone" adlı səs yazan qurğu, 2 ədəd "İkea" adlı lampa və 27 ədəd üzərində "Qomel" yazılan spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.