Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
6 Fevral 2020 12:24
2 422
Zaqatalanın Çökəkoba kəndinə canavarların hücumu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin əraziyə göndərilib.
Bunu Trend-in sorğusuna cavab olaraq nazirliyin departament rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, hazırda vəziyyət araşdırılır: "Canavar və digər yırtıcı heyvanların yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumuna səbəb payız-qış mövsümündə onların yem bazasının azalması və yemə tələbatlarının artmasıdır. Bu da onları axtarışa çıxmağa, daha çox yem mənbəyi axtarmağa vadar edir. Nəticədə yırtıcıların yaxınlıqdakı yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumu halları qeydə alınır".
Departament rəisi onu da bildirib ki, hazırda heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq olunur, zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək.
25 Sentyabr 18:21
1 302
25 Sentyabr 17:17
1 050
25 Sentyabr 17:16
1 001