“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
Taleh Ziyadov: Orta Dəhliz regionda əməkdaşlığın əsas dayağıdır
İcraçı direktor: Almaniya biznesinin Azərbaycana marağı artır
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
Ərdoğan Türkiyənin İsrail üçün təhlükə yaratmadığını bildirib
14:37
350
Türkiyə hakimiyyəti ABŞ və İran arasında danışıqlar prosesinin bərpasına nail olmaq və münaqişənin bütün Yaxın Şərq regionuna yayılması risklərini aradan qaldırmaq üçün çalışır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerikanın "Newsweek" jurnalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"İranlı həmkarlarımızla əlaqə kanallarımız açıqdır. Hörmüz boğazındakı gərginlik enerjinin təminatına və dünya ticarətinə birbaşa təsir göstərir. Prioritetimiz - münaqişənin yayılmasının qarşısını almaq, ticarət yollarının təhlükəsizliyini təmin etmək və tərəfləri danışıqlar masasına qaytarmaqdır", - deyə Ərdoğan qeyd edib.
O qeyd edib ki, hazırkı mərhələdə ən mühüm vəzifə eskalasiya addımlarının qarşısını almaqdır. Hər iki tərəf gərginliyin artmasından çəkinməli və vasitəçilik səyləri sayəsində danışıqları bərpa etməlidir. "Bu təmasların uğuru həm regionumuzun təhlükəsizliyi, həm də dünya iqtisadiyyatı üçün vacibdir", — deyə Türkiyə Prezidenti əlavə edib.
Məryəm Quliyeva