2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
MN rəhbərliyi "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - VİDEO
Rüfət Mahmud: İçərişəhərdə səs siqnallarından istifadə mühiti pozur, bunun üzərində işləyirik
Azərbaycandan Afrikaya çarter reyslərinin təşkili nəzərdə tutulur
14:10
896![]()
Qəzza zolağında İsrailin iki hərbçisi həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.
Həlak olanlar - İsrail Müdafiə Qüvvələrinin 16-cı piyada briqadasında xidmət edən baş çavuşlar Nadav Kali və Ofek Moalemdir. Hərbçilərin bəyanatında onların ölümünə səbəb kimi bir gün əvvəl Qəzza zolağındakı döyüş bölgəsində baş vermiş "təhlükəsizlik sahəsində ciddi insident" göstərilib.
"Kan" dövlət teleradio şirkətinin məlumatına görə, onlar İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində həlak olublar. Partlayıcı maddə ilə yüklənmiş aparat naməlum səbəbdən sıradan çıxaraq İsrail ordusunun mövqeyinin yaxınlığına düşüb. Hərbçilər ona yaxınlaşdıqda partlayış baş verib.
Hərbçilərin qiymətləndirmələrinə görə, PUA-nın düşməsi düşmənin Radioelektron Mübarizə (REM) vasitələri və ya hər hansı müdaxiləsi ilə bağlı olmayıb. Yayımçı bildirir ki, ordu yoxlama aparmaq üçün Qəzzada PUA-ların istifadəsini iki günlüyə dayandırıb.
Ordu qeyd edib ki, hadisədən sonra Baş Qərargah rəisi Eyal Zamir "gələcəkdə bu cür insidentlərin qarşısını almaq məqsədilə" hadisənin təfərrüatlarını araşdırmaq üçün işçi qrupunun toplanması barədə tapşırıq verib.
Məryəm Quliyeva