Komitə əməliyyat keçirdi: Narkotik vasitə və psixotrop maddələr aşkarlandı Hadisə
- 20 Fevral 2020 14:34
- 1 442
Gömrük əməkdaşları külli miqdarda narkotik vasitə-kokain, psixotrop və güclü təsir edən maddələrin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Kamran Quliyev nəzarətə götürülüb.
Onun çamadanı rentgen aparatında yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb.
Təkrar yoxlama zamanı çamadanda iki ədəd "Nestle Nesquik" paketlərinə yerləşdirilmiş 6800 ədəd ağ-qəhvəyi rəngli kapsul, eləcə də 3185 ədəd müxtəlif rəngli həblər,bir bükümdə isə təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristal şəklində maddə aşkar edilib. Bundan başqa, çamadanda olan piano oyuncağının içərisindəki iki bükümdən də təmiz çəkisi 394,086qram təşkil edən ağ rəngli toz şəklində maddə aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən 6800 ədəd ağ-qəhvəyi rəngli kapsullardakı ağ maddə preqabalin tərkibli dərman preparatıdır və preqabalinin ümumi miqdarı 2040 qram təşkil edir.
3185 ədəd müxtəlif rəngli həblərin isə metilendioksimetamfetamin (MDMA, ekstazi) tərkibli olduğu müəyyən edilib və metilendioksimetamfetaminin ümumi miqdarı 691,83 qram təşkil edir.
Təmiz çəkisi 277,186 qram olan ağ rəngli kristal şəkilli maddənin kustar üsulla hazırlanan metamfetamin, təmiz çəkisi 394,086qram təşkil edən ağ rəngli toz şəkilli maddənin isə kustar üsulla hazırlanan kokain olduğu aşkara çıxarılıb.
Xatırladaq ki, kokain "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin I Siyahısı"na, metamfetamin və metilendioksimetamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, preqabalin isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
-
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
-
Paşinyan Azərbaycan sərhədini pozmamaq üçün Tavuşa helikopterdə gəlib
-
786 gündə Rusiyanın Ukraynada itirdiyi - Rəqəmlər
-
Rusiya Ukraynanı atəşə tutub
-
"ABŞ-ın məqsədi fələstinliləri İsrailə tabe olmağa məcbur etməkdir"
-
Bakıda intihara cəhd - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib: ölən və yaralananlar var
-
Bu günə olan valyuta məzənnələri
-
BMT-də İsrailin nümayəndəsinə etiraz ediblər
-
Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi
-
Azərbaycan nefti 3 dollar ucuzlaşıb
-
Ukraynanın 380 hədəfi vurulub
-
"Opponentlərin məqsədi “Qara pulları” gizlətməkdir"
-
Ağdərə yolunun inşasına başlanıldı - FOTO
-
Qubada 18 yaşlı oğlan bıçaqlanıb
-
İsveçrə Ukraynanın bərpası üçün 5 milyard avrodan çox vəsait ayıracaq
-
Tələbələr də ayağa qalxıblar
-
Qəbristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
-
Uilyam Börns: “ABŞ-nin hərbi yardımı Ukraynaya Putinin planlarını pozmağa kömək edəcək”
-
İranın bəzi hava limanlarında uçuş məhdudiyyətləri aradan qaldırılıb - YENİLƏNİB
-
Tu-22M3 təyyarəsi qəzaya uğrayıb
-
İran bəzi şəhərlər üzərində uçuşları dayandırıb
-
Zərdabda sənədsiz silahlar aşkar edilib
-
Sumqayıtda qətl hadisəsi ilə bağlı cinayət işi başlanılıb
-
Kürdə batan atanın meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir
-
İsrail İrana "məhdud sayda" zərbələr endirib
-
ABŞ İsrailin İrana cavab hücumunu dəstəkləməyib
-
Dubay aeroportu fəaliyyətini qismən bərpa edib
-
İsrail İranda bir obyektə raket zərbəsi endirib
-
Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb
-
Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib
-
Çempionlar Liqası: Tomas Tuheldən ilk
-
Sumqayıtda ana və atasını öldürən şəxs saxlanılıb
-
Suriyada 16 əsgər terrorçular tərəfindən öldürülüb
-
Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
-
Konfrans Liqası: "Aston Villa" yarımfinalda, "Fənərbağça" penalti seriyasında uduzub
-
ABŞ Fələstini BMT-nin tamhüquqlu üzvü kimi tanıyan qətnaməni bloklayıb
-
Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub
-
COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşüb
-
Muxtar Babayev Avropa İnvestisiya Bankının rəhbəri ilə görüşüb
-
Davamlı inkişafın göstəriciləri
-
Borca görə tanışını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
-
İranlı narkotacirin sifarişi ilə 12 kq narkotik əldə edən şəxs həbs olunub
-
Nigeriyada yük maşını minaya düşüb, azı 10 nəfər ölüb
-
Keniyada hərbi helikopter qəzaya uğrayıb, 5 nəfər ölüb
-
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
-
Türkiyədə 5,6 maqnitudalı zəlzələ olub
-
Bu yollarda sıxlıq var - SİYAHI
-
İngiltərə kubokunun reqlamentində dəyişiklik edilib
-
Sülhməramlıların Azərbaycan ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı faktorlar var - ŞƏRH
-
Respublika Pediatriya Mərkəzi yaradılıb: direktor təyin edilib
-
Çin artım üçün daxili mənbələrdən istifadə etməlidir - Kristalina Georgiyeva
-
Paytaxtda narkokuryerdən 5 kq narkotik götürülüb
-
BVF ABŞ-də yüksək əmək məhsuldarlığının səbəblərindən danışıb
-
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib
-
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir
-
Bu ölkə Rusiya ilə sərhəddə sığınacaq verməkdən imtina edəcək
-
İran İsraili nüvə mərkəzlərinə hücum etməklə hədələdi
-
Gəncə, Quba və Sabirabadda ağaclar qanunsuz kəsilib
-
Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır - Komitə sədri