Koronavirus erməni ordusunu vurdu Hadisə

Koronavirus erməni ordusunu vurdu

Ermənistan ordusunda yeni insident qeydə alınıb.
Bu məlumat sosial şəbəkələrdə yayılıb. Belə ki, Qafandakı hərbi hissələrdən birində xidmət edən hərbçi İqor Sərkisyanın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi qeyd edilib.
Sosial şəbəkə istifadəçiləri bu faktın ictimaiyyətdən və hətta Sərkisyanın qohumlarından gizlədildiyini bildiriblər.
Xatırladaq ki, İranda koronavirusun yayılmasından sonra Baş nazir Paşinyan bu ölkə ilə sərhəd-keçid məntəqəsinin bağlanacağını bildirmişdi. Ermənistanın əsas iqtisadi partnyoru olan İranla əlaqələri müvəqqəti dayandırma barədə anons birmənalı qarşılanmamışdı. İddia edilirdi ki, artıq koronavirus İrandan Ermənistana adladığı üçün Paşinyan belə bir qərar veriləcəyini anons etmək məcburiyyətində qalıb.
Buna baxmayaraq, İranla əlaqələr hələ dayandırılmayıb.
Qeyd edək ki, Qafan rayonu İranla sərhəddə yerləşir.