 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 3 Aprel  2020 09:20
3 Aprel  2020 09:20 1 778
1 778
Bu gün bütün dünya, o cümlədən müsəlman ölkələri koronavirusdan əziyyət çəkir.
Bu sözləri Axar.az-a açıqlamasında QMİ sədrinin müavini Hacı Sabir Həsənli Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahirin yalnız koronavirusun nəticələri bəlli olduqdan sonra ölkələrlə Həcc üçün müqavilələr imzalanacağı haqda açıqlamasını şərh edərkən deyib. S.Həsənli qeyd edib ki, bu, proseslər bitənə kimi müsəlmanların Həcc ziyarətinə gedə bilməyəcəyi deməkdir:
“İslam tarixində ilk dəfədir ki, belə bir hal yaşanır. Mövcud vəziyyətlə əlaqədar müsəlman ölkələrində xüsusi tədbirlər görülür. İnsanlara ibadətlərini evlərində edilməsi məsləhət görülür. Səudiyyə Ərəbistanı da bu virusun zəvvarlar arasında yayılmasının qarşısını almaq məqsədilə belə bir qərar verib. Düzdür, bu, Peyğəmbər zamanından bəri bir ilkdir. Amma nəzərə almaq lazımdır ki, hər il dünyada 25 milyon zəvvar Məkkə və Mədinəni ziyarət edir. Bu gün belə bir vəziyyətdə Həcc ziyarətinin edilməsi düzgün deyil. Əlbəttə, islamın 5 mühüm şərtindən biri də Həcc ziyarətidir. Amma hazırkı vəziyyətdə insanlar virusa yoluxa bilərlər. Ona görə də insanlar ilk növbədə özlərini qorumalı, daşıyıcılar isə digər insanlara bu virusu yoluxdurmamalıdır”.
 
 31 Oktyabr 20:55
31 Oktyabr 20:55 910
910 31 Oktyabr 19:15
31 Oktyabr 19:15 1 008
1 008 31 Oktyabr 18:26
31 Oktyabr 18:26 1 022
1 022 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    