3 Aprel 2020 22:48
7 028
Əgər şəxs SMS-icazə alıbsa, ona icazə verilən 2 saat müddətində öz avtomobilindən sərbəst istifadə edə bilər.
Bu sözləri Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Real TV-yə açıqlamasında 5 aprel saat 00:00-dan qüvvəyə minəcək yeni karantin şərtləri ilə bağlı danışarkən deyib.
O bildirib ki, şəxsi avtomobil üçün əlavə SMS-icazəyə ehtiyac yoxdur.
İ.Məmmədov xüsusi vurğulayıb ki, SMS-icazə aldıqdan sonra şəxsi avtomobilindən istifadə etmək istəyən şəxs sərnişin daşıya bilməz. Əgər onun maşınında sərnişin olarsa, onun da mütləq şəkildə SMS icazəsi olmalıdır. Əgər onun SMS-icazə almadığı məlum olarsa, həmin şəxs xüsusi karantin rejimini pozmuş sayılacaq və barəsində müvafiq tədbir görüləcək.
18 İyul 17:14
1 274
18 İyul 14:06
1 540
18 İyul 10:20
1 351