İbrahim Məmmədov: 190 manat alan şəxslərin övladlarının təhsil haqqı da ödəniləcək Hadisə

İbrahim Məmmədov: 190 manat alan şəxslərin övladlarının təhsil haqqı da ödəniləcək

"Qeydiyyat, rəsmiləşmə olmadan 190 manatı vermək çətindir. Bunun rəsmi sənədləşməsi olmalıdır. Çünki sonra bunun hesabatı verilməlidir".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, 190 manat heç nə etməmək üçün verilən vəsaitdir: "Karantin müddəti uzadıldığı təqdirdə eyni qaydada həmin şəxslərə yardım veriləcək. 50 min işsiz adam ictimai işlərə cəlb olunaraq, 300 manat veriləcək. 2 gün əvvəlki qərara görə, 190 manat alan şəxslərə həm yardım edilir, həm də övladlarının təhsil haqqı ödəniləcək. Yardım dedikdə təkcə 190 manatı götürmək lazım deyil".