“Virtual məktəb”də siniflərin seçimi təkmilləşdirildi Hadisə
- 24 Aprel 2020 16:17
- 1 862
Müəllimlərin “Virtual məktəb”də qeydiyyatı və siniflərin seçimi ilə bağlı imkanlar daha da təkmilləşdirilib. Təhsil Nazirliyindən verilən məlumata görə, müəllimlər "Virtual məktəb" platformasında yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə deyil, Ümumi Təhsil İnformasiya Sistemi (ÜTİS) kodu ilə də qeydiyyatdan keçə biləcəklər. Bunun üçün müəllim “Virtual məktəb” portalında “Müəllim qeydiyyatı” bölməsini seçməli, burada ÜTİS kodu və doğum tarixini qeyd etməli, açılacaq növbəti səhifədə elektron poçt ünvanı və əlaqə nömrəsini əlavə etdikdən sonra isə siniflərin seçimini həyata keçirməlidir.
Portalda qeydiyyat zamanı sinif seçimi etməyən, sinfi dəyişdirmək istəyən və ya sinif əlavə etmək istəyən müəllim “Qeydiyyat” bölümünə qayıdaraq yenidən FİN/ÜTİS kodu və doğum tarixini qeyd etməlidir. Bu zaman açılacaq səhifədə müəllimin artıq qeydiyyatdan keçdiyi bildiriləcək və sinif seçimini etməsi xahiş olunacaq. “Davam et” keçidini sıxmaqla məktəbdə olan bütün siniflər siyahı şəkilində açılacaq və müəllim tədris etdiyi sinifləri qeyd edə biləcək. Sinif seçimi edildikdən sonra 24 saat ərzində virtual siniflər aktivləşdiriləcək.
24 saat sonra istifadəçi adı və şifrə daxil edilərək portala daxil olduqda “Teams” menyusu açılır və istifadəçi özünün tədris etdiyi sinifləri görür. Əgər istifadəçi tədris etdiyi digər sinifləri ümumi siniflər içərisində görə bilməsə, o zaman “Join and create team” bölməsi vasitəsilə dərs dediyi sinifləri öz səhifəsinə əlavə edə bilər. Bunun üçün açılan pəncərədə “Create team” düyməsi sıxılmalı, siyahıda görünən müvafiq siniflər işarələnərək “Choose group” düyməsi vasitəsilə səhifəyə əlavə edilməlidir.
Qeyd edək ki, aprelin 18-dən müəllimlər üçün “Virtual məktəb” portalında açıq qeydiyyat imkanı yaradılıb. Qeydiyyat könüllü xarakter daşıyır. Qeydiyyat zamanı və portaldan istifadə üzrə çətinlik çəkən müəllimlər hazırlanmış müvafiq təlimatlarla tanış ola bilər, həmçinin virtual.edu.az saytındakı “Virtual bələdçi” xidməti, [email protected] ünvanına məktub və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin "Facebook" səhifəsində yaradılmış texniki dəstək xidmətlərindən faydalana bilərlər.
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti yeni brend kimliyini təqdim edir
-
Bölgəmizdə iki güc toqquşur: Paşinyan cəzasız qalmayacaq
-
Üçüncü tərəflərin müdaxiləsi olmasa, Cənubi Qafqazda sülh əldə etmək daha real olar - ŞƏRH
-
Ümidvaram ki, COP29 Azərbaycan və Ermənistan arasında sülhə xidmət edəcək - Annalena Berbok
-
BMT-nin komitəsində Ombudsmanın növbəti hesabatı ilə bağlı dinləmə keçirilib
-
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi
-
Bakıda ilk dəfə velosiped işıqforları quraşdırılır
-
Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlandı
-
Malıbəylidə aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb (FOTO/VİDEO) (YENİLƏNİB)
-
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə etdi - FOTO
-
Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - Vüqar Rəhimzadə
-
"Bakcell" Rebrendinqi elan edir
-
Buraxılış imtahanında ən yüksək nəticəni özəl liseylərin şagirdləri əldə edib
-
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
“Bu, Türk birliyinin bariz nümunəsidir”
-
Naxçıvan əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavin təyin olunub
-
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
-
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - YENİLƏNİB
-
Rusiya ABŞ ilə diplomatik münasibətlərin statusunu aşağı sala bilər
-
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində - VİDEO
-
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
-
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
-
Xocalının Malıbəyli kəndində ən azı 6 nəfərə aid insan qalıqları aşkar edilib - FOTO/VİDEO
-
“Vardanyan adlı şəxsin oğlunun CNN-ə qədər çıxış tapmasının özü ayarıca nüansdır”
-
“ABŞ-də insan haqları barədə hesabat hazırlanmalıdır”
-
Rusiya XİN Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyinin quraşdırılmasına münasibət bildirib
-
Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
-
Simonyan: Ermənistan Azərbaycandan qaz almağa hazırdır
-
Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb - Yasemi Öztürk
-
Ermənistanda vətəndaşlar bir neçə avtomobil yolunu bağladı
-
Rusiya Türkiyə XİN-ə nota göndərib - Mariya Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar
-
Kilsədə formalaşan erməni siyasəti cəmiyyəti zorakılığa təşviq edir
-
İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır - Simonyan
-
ABŞ öz gözündə tiri görmür, özgə gözündə tük axtarır
-
"Vardanyan istisnasız olaraq cinayətkatdır"
-
Ölkədə ərzaq məhsullarının qiyməti stabilləşib
-
Türk dünyasının Komitə sədrləri Qarabağa səfər edəcək
-
Rusiya səfirliyi Türkiyə XİN-ə nota göndərib
-
“Sahibkarlığın nə qədər önəmli olduğunu göstərmək üçün...”
-
Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub
-
“Qırğızıstan bizim üçün ən əlverişli ölkələrdən biridir”
-
“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda
-
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
-
Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb
-
“Artıq bununla bağlı razılaşma əldə edilib”
-
“Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur”
-
Macarıstan Azərbaycan və Ermənistanın delimitasiya ilə bağlı son addımlarını alqışlayır
-
“Hindistan artıq ilk dördlükdədir”
-
“Çindən gələnlərin sayı 3,7 dəfə artıb”
-
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
-
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
-
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
-
Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayırıq - Fuat Oktay
-
Vardanyanın taleyi Azərbaycan dövlətindən asılıdır