Pəncab hökumətinin naziri: Hindistanın konstitusiyasından siqhlərin kimliyi silinib
Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlanılıb
Cənubi Koreyanın sabiq prezidenti 5 il həbs cəzasına məhkum edilib
Federasiya sədri: Hindistanın idarəçilik irsi dini azlıqların gələcəyi üçün narahatlıq doğurur
“Pezeşkianın son müraciətində xalqa verdiyi vədlər yerinə yetirilməlidir”-Qüdrət Həsənquliyev
24 Aprel 2020 16:19
1 806
Xəbər verdiyimiz kimi, dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” “THE İmpact Ranking” reytinqində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetləri arasında 619-cu, Azərbaycan üzrə isə birinci yerə yüksəlib. Universitetdən bildirilib ki, UNEC reytinqdə 4 kriteriya üzrə sıralanıb. Belə ki, universitet “Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə (universitetlərin inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün məşğulluğun və layiqli əməyin təşviq edilməsi) - dünyanın ən yaxşı 201-300 universiteti sırasına daxil olub.
“Keyfiyyətli təhsil” məqsədi üzrə (universitetlərin təhsil istiqamətdə fəaliyyətinin cəmiyyətə təsiri)- dünyanın ən yaxşı 401-600 universiteti sırasında yer alıb. “Sənaye, innovasiya və infrastruktur” (universitetlərin möhkəm infrastrukturunun yaradılması, inklüziv və dayanıqlı sənayeləşmənin təşviqi və innovasiyaların inkişafına dəstək) məqsədi üzrə - dünyanın ən yaxşı 401+ universiteti sırasında qərarlaşıb. “Məqsədlər üçün tərəfdaşlıq” üzrə (universitetlərin dayanıqlı inkişaf gündəliyinin uğurlu icrası üçün qlobal səviyyədə hökumət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin genişlənməsi) - dünyanın ən yaxşı 401-600 universiteti sırasına daxil olub.
Qeyd edək ki, “THE İmpact Ranking” reytinqini dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanaqlı İnkişaf Məqsədləri üzrə ölçür.