Vilyam Hacıyevin prokurorluq orqanlarının əməkdaşı olan oğlu işdən çıxarılıb Hadisə

Vilyam Hacıyevin prokurorluq orqanlarının əməkdaşı olan oğlu işdən çıxarılıb

İmişlinin həbs olunan sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.
APA-nın məlumata görə, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Məhəmməd Hacıyev öz ərizəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya Təminatı İdarəsinin prokuroru vəzifəsindən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Məhəmməd Hacıyevin işdən çıxarılması barədə xəbəri ilk olaraq unikal.org saytı yayıb.