İranın cənub-şərqində ABŞ-nin zərbələri nəticəsində 7 hərbçi həlak olub Gündəm

İranın cənub-şərqində ABŞ-nin zərbələri nəticəsində 7 hərbçi həlak olub

İranın cənub-şərqindəki Bampur şəhəri yaxınlığında ABŞ-nin endirdiyi zərbələr nəticəsində azı 7 hərbçi həlak olub, daha 13-ü isə yaralanıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Ordusunun Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

"Bu gün dan yeri sökülərkən terrorçu ABŞ ordusu 13 raket buraxaraq İslam Respublikası Ordusunun Quru Qoşunlarının Bampurdakı qarnizonlarından birinin kazarmasına və şəxsi heyətin yerləşdiyi məntəqəyə zərbələr endirib. ABŞ ordusunun bu hücumu nəticəsində İranşəhrin 388-ci briqadasının 7 müddətli və müqaviləli hərbi qulluqçusu həlak olub, daha 13 nəfər isə yaralanaraq müalicə altına alınıb", — deyə bəyanatda bildirilir.

Məryəm Quliyeva