14:35
441
Amerika hərbçiləri İran İslam Respublikasının ərazisinə növbəti zərbələr endirməyə başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bu gün Şərq vaxtı ilə saat 06:00-da (Bakı vaxtı ilə 14:00) ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı bir sıra zərbələr endirməyə başlayıb. Bu zərbələr Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə olunan İran qüvvələrinin hərbi potensialını daha da zəiflətmək məqsədi daşıyır", — deyə CENTCOM-un "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.
Məryəm Quliyeva