Tayvan və ABŞ birgə kamikaze dronu istehsal edəcək Gündəm

Tayvan və ABŞ birgə kamikaze dronu istehsal edəcək

Tayvan və ABŞ "Cinfen-1" yüngül taktik kamikaze dronunun birgə istehsalına dair konsensus əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Liberty Times" qəzeti məlumat yayıb.

Vaşinqton və Taybey ABŞ tərəfindən birgə istehsal edilə və beynəlxalq bazarda satıla biləcək hərbi texnika və silah sistemlərinin siyahısını tərtib ediblər. Bu layihələrdən birincisi məhz "Cinfen-1" olacaq. İstehsala başlamazdan əvvəl layihə əlavə yoxlamadan keçməli və qanunvericilik səviyyəsində təsdiqlənməlidir.

Sözügedən səyyar sursat Tayvanın Çunşan Elm və Texnologiya İnstitutu tərəfindən hazırlanıb. O, istismar sınaqlarından uğurla keçib və artıq Tayvan dəniz piyadalarının silahlanmasına daxil edilib. Dron idarə olunan sürətli katerlərə, pilotsuz suüstü aparatlara və yerüstü nəqliyyat vasitələrinə quraşdırıla bilər.

Məryəm Quliyeva