Tramp Rusiyanın Ukrayna ilə bağlı tezliklə razılığa gəlməyə hazır olduğunu bildirib Dünya

Tramp Rusiyanın Ukrayna ilə bağlı tezliklə razılığa gəlməyə hazır olduğunu bildirib

ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, Rusiya Ukraynadakı münaqişənin həlli üçün tezliklə sülh sazişi bağlamağa hazırdır.

Bu fikirləri Ağ Ev rəhbəri "Fox News"a verdiyi müsahibədə deyib.

"Mən inanıram ki, Vladimir Putin razılaşmaya hazırdır. Tezliklə. Tanqo üçün iki nəfər lazımdır, amma o, razılaşmaya hazırdır", Tramp qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Rusiya Ukraynadakı məqsədlərinə dinc diplomatik danışıqlar yolu ilə çatmağa açıqdır, lakin Kiyevin istəksizliyi səbəbindən bu mümkünsüzlüyə baxmayaraq, xüsusi hərbi əməliyyatlarını davam etdirir.