“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
7 May 2020 18:24
2 947
“Müəllim və şagirdlərin 50 faizindən çoxu “Virtual məktəb” platformasına qoşulub”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir deyib ki, hər gün bu say artır: “Aprelin 2-də “Virtual məktəb” layihəsinə start verilib. Şagirdər istənilən buraxılan dərsləri dinləyə bilirlər. Eyni zamanda, “Mədəniyyət” telekanalı ilə gündəlik təqdim edilən dərslər vasitəsi ilə şagirdlər lazımi tədris məzmununu ala bilirlər”.
C. Bayramovun sözlərinə görə, elə müəllimlər var ki, “Virtual məktəb” layihəsi olmadan digər formalarda dərslər keçirlər: “Burada hazırlıq səviyyəsi və texniki imkanlar eyni deyil. Hər müəllim imkanları çərçivəsində tədrisdə iştirak edir. Əməkhaqqına gəlincə, tədris sistemində çalışan müəllimlərin maaşlarının, tələbələrin təqaüdlərinin vaxtlı-vaxtında ödənilməsində hər hansı problem olmur”.
Təhsil naziri nəzərə çatdırıb ki, evlərində internetə çıxışı olmayan şagirdlər də var: “Heç bir ölkə bunu tam təmin edə bilmir. Ona görə də teledərslərə start verilmişdi”.
30 Dekabr 18:03
1 337
30 Dekabr 18:01
1 120
30 Dekabr 17:36
1 218