Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub Hadisə

Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

Ölkə Prezidentinin “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən, 1 noyabr 2019-cu il tarixindən övladlığagötürmə sahəsində fəaliyyətin həyata keçirilməsi (rəy, razılıq verilməsi, hüquqi yardım göstərən akkreditə edilmiş orqanın müəyyənləşdirilməsi, övladlığagötürmənin ləğvinin tələb edilməsi, övladlığa götürülmüş uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi və s.) DOST-a həvalə olunub. Övladlığagötürmə ilə bağlı 30.12.2019-ci il tarixinədək cəmi 200 müraciət edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, onlardan 198 nəfər 1 saylı Bakı DOST Mərkəzi üzrə müraciətlərdən 151-i (76%) bilavasitə mərkəzə yaxınlaşaraq, 47-i (24%) Çağrı Mərkəzi 142-yə edilib. Eyni zamanda, 170 (86%) müraciət Azərbaycan Respublikasının vətəndaşları, 28 (14%) müraciət isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən edilib.
2 saylı Bakı DOST Mərkəzinə 2 (2%) müraciət olunub və onlar ümumilikdə Azərbaycan vətəndaşlarıdır. Övladlığagötürmə sahəsində 1796 valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı 21 müəssisədən məlumat toplanmış və uçotu aparılıb. Uçota alınmış 1783 uşaqdan 1621-i (91%-i) 18 yaşı tamam olmayan uşaq və 162-i (9%-i) isə 18 yaşı tamam olmuş şəxslərdir.