Milli Məclisin deputatları koronavirus testindən keçirilir Hadisə

Milli Məclisin deputatları koronavirus testindən keçirilir

Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar tibbi test yoxlanışından keçməyə başlayıblar.
Bu gün deputatların bir qismindən test üçün yaxma götürülüb.
Gələn həftə ərzində deputatların koronavirus infeksiyası ilə əlaqədar mərhələli şəkildə tibbi test yoxlanışından keçirilməsi prosesi başa çatacaq.
Qeyd edək ki, bundan öncə Milli Məclisin deputatları koronavirus infeksiyası ilə əlaqədar mart ayında mərhələli şəkildə tibbi test yoxlanışından keçiblər.